...

Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaətin həcmi açıqlanıb

İqtisadiyyat Materials 21 Aprel 2026 14:41 (UTC +04:00)
Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaətin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 19,6% təşkil edib.

Trend bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici üzrə 8,2 faiz bəndi artım müşahidə olunub.

Bildirilib ki, dövr ərzində elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 99,5 milyon manat qənatə edilib. Ötən ilin eyni dövründə bu göstərici 45,8 milyon manata bərabər idi. Beləliklə, elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ illik ötən ilin eyni dövrü ilə müqayisədə 53,7 milyon manat və ya 2,2 dəfə artıb.

"Bu, elektron satınalma sisteminin effektivliyini, dövlət vəsaitlərindən səmərəli istifadəni və ümumi maliyyə idarəçiliyinin yüksəlməsini nümayiş etdirir", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti