...

Təhdid xarakterli paylaşım edən məktəbli saxlanıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 21 Aprel 2026 17:00 (UTC +04:00)
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanıldı (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 18-də sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb, iddiaların əsassız olduğu müəyyən edilib:

"Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir", məlumatda vurğulanıb.

xxx
15:51

Sosial şəbəkələrdə Bakı məktəbində dərslərin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.

87 nömrəli tam orta ümumtəhsil məktəbindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, aprelin 18-də sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.

Bildirilib ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib.

"Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir.

Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır", - məlumatda bildirilib.

Qeyd edək ki, yayılan iddialara görə, məktəbin bir şagirdi müəllim və şagirdlərin həyatına təhdidlə bağlı hədə səsləndirib. Hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində valideynlər övladlarını məktəbə göndərməkdə tərəddüd edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti