...

Birinci rübdə 80 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Materials 21 Aprel 2026 18:02 (UTC +04:00)
Birinci rübdə 80 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 79.921 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Trend dövlət xidmətinə istinadən xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 14.256-sı (17,8 %) ilkin, 65.665-i (82,2 %) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2026-cı ilin yanvar-mart ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 17.029, mənzil – 19.063, torpaq sahəsi – 40.894, qeyri-yaşayış binası – 753, qeyri-yaşayış sahəsi – 2.029, əmlak kompleksi – 125 və çoxmərtəbəli yaşayış binaları üzərində – 28 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 20.540-ı Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-mart ayları ərzində 56.272 texniki pasport tərtib edilib, 13.548 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Qeyd edək ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən göstərilən ümumi xidmətlər üzrə cari ilin birinci rübü ərzində 800 minə yaxın müraciət olunub, bunun 450 minə yaxını elektron xidmətlər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti