...

Piyada keçidində ölüm hadisəsi

Hadisə Materials 21 Aprel 2026 08:56 (UTC +04:00)
Piyada keçidində ölüm hadisəsi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Pirallahıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə aprelin 19-u saat 21:35 radələrində Pirallahı–Qala yolunun Dübəndi bağ massivində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü İntizar Umudov piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Alətdin Salmanovu vurub.

Nəticədə piyada hadisə yerində həyatını itirib.

Xəbər lenti

Xəbər lenti