Bakı. Trend:
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) sığorta fəaliyyətinə verilmiş 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziya ləğv edilib.
"Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır.
Ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılacaqdır", - məlumatda vurğulanıb.
