...

Şimali Koreya modifikasiya olunmuş ballistik raketlər buraxıb

Dünya xəbərləri Materials 20 Aprel 2026 03:18 (UTC +04:00)

Bakı. Trend:

Şimali Koreya bazar günü modifikasiya edilmiş "Hvasongpo-11ra" "yer-yer" taktiki ballistik raketini sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

"Aprelin 19-da Koreya Xalq Demokratik Respublikasının Baş Raket İdarəsi modifikasiya edilmiş "Hvasongpo-11ra" "yer-yer" taktiki ballistik raketlərinin döyüş başlığının gücünü qiymətləndirmək məqsədi ilə sınaq buraxılışı həyata keçirib", - deyə bildirilib.

Qeyd olunub ki, Şimali Koreya lideri Kim Çen In sınağı izləyib.

Xəbər lenti

Xəbər lenti