Bakı. Trend:
İngiltərə millisinin üzvü Fil Foden “Mançester Siti”də qalacaq.
Trend "The Sun"a istinadən xəbər verir ki, yarımmüdafiəçi "şəhərlilər"lə müqavilə müddətini 2030-cu il iyunun 30-na qədər artıracaq.
Hər iki tərəf tərəfdaşlığını davam etdirməkdə maraqlıdır.
25 yaşlı futbolçunun Mançester təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Klubun yetirməsi olan Foden 2017-ci ildən əsas komandada çıxış edir.