Bakı. Trend:
Bolqarıstanda 52-ci cağırış Milli Assambleyasına (birpalatalı parlament) növbədənkənar seçkilər keçiriləcək.
Trend-in məlumatına görə, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yerli vaxtla səhər saat 7:00-da açılacaq və axşam saat 8:00-a qədər açıq qalacaq.
Seçici siyahılarına 6,5 milyondan çox insan daxil edilib. Ölkə daxilindəki seçki məntəqələri ilə yanaşı, dünyanın 55 ölkəsində də səsvermə keçiriləcək. Səsvermə ixtisaslaşdırılmış səsvermə maşınları və ya kağız bülletenlərdən istifadə etməklə mümkün olacaq.