...

Ağdamda minik avtomobili yanıb

Hadisə Materials 19 Aprel 2026 11:54 (UTC +04:00)
Ağdamda minik avtomobili yanıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunda minik avtomobilində yanğın hadisəsi baş verib.

Trend-in yerli müxbirinin məlumatına görə, hadisə ötən gecə rayonun Əhmədağalı kəndində qeydə alınıb. Kənd sakini Hüseynova Məruzə Sərxan qızına məxsus “Opel” markalı avtomobil qəfil alışaraq qısa müddətdə tamamilə yanıb.

Hadisə yerinə cəlb olunan FHN-in yanğınsöndürənləri alovun yaxınlıqdakı yaşayış evlərinə və digər tikililərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti