...

Azərbaycan DB və BVF ilə makroiqtisadi çağırışları müzakirə edib

İqtisadiyyat Materials 20 Aprel 2026 11:00 (UTC +04:00)
Azərbaycan DB və BVF ilə makroiqtisadi çağırışları müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondu (BVF) arasında makroiqtisadi çağırışlar müzakirə edilib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun növbəti toplantısında iştirak edib.

Əliyar Məmmədyarov çıxışı zamanı qlobal və regional makroiqtisadi trendlər, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət tədbirlərindən danışıb. O, DB və BVF ilə uzunmüddətli və səmərəli əməkdaşlığın ölkənin institusional potensialının gücləndirilməsinə, iqtisadi dayanıqlılığın artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti