...

"Liverpul"un ikinci qapıçısı da zədələndi

İdman Materials 21 Aprel 2026 00:28 (UTC +04:00)
"Liverpul"un ikinci qapıçısı da zədələndi

Bakı. Trend:

İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki, Alisson Bekerdən sonra Mersisayd təmsilçisinin ikinci qapıçısı Giorgi Mamardaşvili də sıradan çıxıb.

Gürcüstanlı qolkiper Premyer Liqanın 33-cü turunun "Everton"la matçında (2:1) zədələnib. 25 yaşlı "əlcək sahibi" təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Liverpul" Giorgi Mamardaşvilini 2024-cü ilin yayında "Valensiya"dan 30 milyon avroya transfer edib. Gürcüstan millisinin üzvü bu mövsüm "qırmızılar"In heyətində meydana çıxdığı 18 oyunda 29 qol buraxıb.

Xəbər lenti

Xəbər lenti