...

Kolumbiya və Ekvador prezidentləri məhkəmədə çəkişəcək

Dünya xəbərləri Materials 20 Aprel 2026 13:26 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiya Prezidenti Qustavo Petro ekvadorlu həmkarı Daniel Noboanı məhkəməyə verməyə planlaşdırır.

Trend xəbər verir ki, Petro bunu “X” səhifəsində elan edib.

“Böhtan atdığına görə, Prezident Noboaya qarşı məhkəmədə cinayət məsuliyyəti tələb etmək qərarına gəlmişəm”,deyə o, yazıb.

Buna səbəb Noboanın Petronun 2025-ci ilin mayında Manta şəhərinə səfərini narkobaron “Fito”nun ətrafı ilə mümkün təmasları ilə əlaqələndirməsi olub.

Kolumbiya lideri həmçinin bildirib ki, ekvadorlu həmkarı ona qarşı etinasız münasibət göstərib. Buna səbəb isə Petronun Kolumbiya vətəndaşı olan Ekvadorun sabiq vitse-prezidenti Xorxe Qlasın azadlığa buraxılmasını tələb etməsi olub. Bununla yanaşı, Petronun səfəri zamanı onun təhlükəsizliyi məhz Noboanın əmri ilə Ekvador ordusu tərəfindən təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti