...

ABŞ İran gəmisini Oman körfəzində saxlayıb - Tramp

Dünya xəbərləri Materials 20 Aprel 2026 00:58 (UTC +04:00)
ABŞ İran gəmisini Oman körfəzində saxlayıb - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri Oman körfəzində İrana məxsus yük gəmisini saxlayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, gəmi dəniz blokadasını yarmağa cəhd etdiyinə görə dayandırılıb.

D. Tramp yazıb ki, ABŞ-nin "USS Spruance" esminesi Oman körfəzində "Touska" gəmisini ələ keçirib və heyətə dayanmağı əmr edib. Lakin iranlı dənizçilər tabe olmaqdan imtina ediblər.

"İran heyəti əmrlərə tabe olmadı, bundan sonra bizim hərbi gəmi gəmini dayandıraraq onun mühərrik bölməsinə zərər verib. ABŞ dəniz piyadaları artıq gəmiyə nəzarəti ələ keçirib", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti