Füzuli. Trend:
Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Trend xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı, 99-NX-578 dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ-2107” markalı, 01-CD-207 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatını itiriblər.
Hadisə zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məlumata görə, qəzada həyatını itirən şəxslər hərbçi, yaralanan Rəşad Namazəliyev isə ANAMA əməkdaşıdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
XXX
09:43
Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edilib ki, nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
