...

Ağdam sakini kənd təsərrüfatı işi zamanı faciəvi şəkildə öldü

Hadisə Materials 18 Aprel 2026 20:24 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunda bədbəxt hadisə nəticəsində gənc oğlan həyatını itirib.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatsızlıq nəticəsində traktora qoşulmuş torpaq əzən texnikanın işə düşməsi səbəbindən ağır xəsarətlər alıb.

Aldığı xəsarətlər nəticəsində Hikmət Mahmudlu hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti