Bakı. Trend:
Beynəlxalq aviaşirkətlər yanacaq qiymətlərinin kəskin artması səbəbindən uçuşları azaltmağa başlayıblar.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
Məlumata əsasən, Niderlandın “KLM” aviaşirkəti tezliklə Amsterdamdan 80 ikitərəfli uçuşu ləğv edəcək.
“United Airlines”, “Lufthansa” və “Cathay Pacific Airways” aviadaşıyıcıları da bundan əvvəl oxşar tədbirlər görüblər.
Bu arada, Cirium analitik şirkəti qlobal daşıma həcmlərinin may ayında 3% azalacağını bildirib.