...

ABŞ Almaniyaya 12 milyard dollarlıq hərbi texnika satmağı planlaşdırır

Dünya xəbərləri Materials 18 Aprel 2026 04:42 (UTC +04:00)
ABŞ Almaniyaya 12 milyard dollarlıq hərbi texnika satmağı planlaşdırır

Bakı. Trend:

ABŞ Almaniyaya radar müşahidə stansiyaları, MK-41 dəniz bazalı raket buraxılış qurğuları, eləcə də naviqasiya və elektron müharibə sistemləri daxil olmaqla bir neçə növ hərbi texnika tədarük etməyi nəzərdə tutur. Bu avadanlıqların ümumi dəyəri 11,9 milyard dollar qiymətləndirilir.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əsasən elektronika və dəniz silahlarını əhatə edən saziş Almaniyanın təhlükəsizlik imkanlarını gücləndirəcək, onun Avropada siyasi sabitlik və iqtisadi inkişaf üçün mühüm qüvvə kimi rolunu dəstəkləyəcək.

Müqavilənin əsas podratçıları “Lockheed Martin” və RTX şirkətləri olacaq.

Xəbər lenti

Xəbər lenti