...

Əhaliyə sosial ödənişlər üzrə nə qədər vəsait ödənilib?

Cəmiyyət Materials 17 Aprel 2026 10:16 (UTC +04:00)
Əhaliyə sosial ödənişlər üzrə nə qədər vəsait ödənilib?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin ilk 3 ayında sosial ödənişlər üzrə əhaliyə 2 614,8 milyon manat vəsait ödənilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin yanvar-mart ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 614,8 milyon manat vəsait ödənilib.

Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 255,9 milyon manat və ya 10,85% artım deməkdir. Belə ki, 2025-ci ilin yanvar-mart ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 mlrd. 358,8 mln. manatdan çox vəsait ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti