...

Azərbaycanda külək enerjisi istehsalı 26 dəfədən çox artıb

Energetika Materials 17 Aprel 2026 09:48 (UTC +04:00)
Azərbaycanda külək enerjisi istehsalı 26 dəfədən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 1-ci rübü üzrə Azərbaycanda külək elektrik stansiyalarında (KES) 247,7 milyon kVt·st, Günəş elektrik stansiyalarında (GES) 91,3 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə KES-lərdə enerji istehsalı 238,2 milyon kVt·st və ya 26,1 dəfə artıb, GES-lərdə isə 21,2 milyon kVt·st və ya 18,8% azalıb.

Ümumilikdə, 2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991 milyon kVt·st olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 180,8 milyon kVt·st və ya 2,5% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti