...

ABŞ aviadaşıyıcısında yanğın baş verib

Dünya xəbərləri Materials 17 Aprel 2026 14:47 (UTC +04:00)
ABŞ aviadaşıyıcısında yanğın baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Norfolk bazasında texniki xidmət zamanı “Duayt Eyzenhauer” adlı atom aviadaşıyıcısında yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, gəminin heyəti və hərbi dəniz tərsanəsinin əməkdaşları yanğını lokallaşdıraraq söndürməyə nail olsalar da, hadisə nəticəsində üç dənizçi xəsarət alıb.

Komandanlıq nümayəndəsinin sözlərinə görə, gəminin tibbi xidməti dənizçilərə ilkin tibbi yardım göstərib və onlar xidmətə qayıdıblar.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Qırmızı dənizdə yerləşən və İrana qarşı əməliyyatda iştirak edən “Gerald R. Ford” aviadaşıyıcısında da yanğın baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti