...

Sahibə Qafarova belçikalı həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib (FOTO)

Siyasət Materials 17 Aprel 2026 19:20 (UTC +04:00)
Sahibə Qafarova belçikalı həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Belçika Krallığı Federal Assambleyası Senatının sədri Vinsent Blondel ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Diqqətə çatdırılıb ki, parlamentlər dialoq və qarşılıqlı anlaşmaya töhfə verən strukturlardır. Bu mənada, qarşılıqlı təmaslar maraq doğuran məsələlərin müzakirəsində xüsusi rol oynayır. Bu çərçivədə PAİ-nin xüsusi rolu vurğulanıb. Diqqətə çatdırılıb ki, PAİ həmişə dialoqa, ümumi səylərə xidmət edir. Qeyd olunub ki, parlamentarilər arasında təmaslar bir-birini daha yaxşı başa düşmək, vacib məsələləri müzakirə etmək imkanı yaradır. Sahibə Qafarova bu gün Azərbaycanla Belçika arasında müxtəlif istiqamətlərdə, o cümlədən parlament sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Milli Məclisin sədri regionumuzda baş verən proseslər və Azərbaycan-Ermənistan normallaşma prosesi haqda qarşı tərəfə məlumat verib. O, məsələlərə birtərəfli və qərəzli yanaşmaların normallaşma prosesinə mane olduğunu qeyd edib.

S.Qafarova Ermənistan parlamentinin sədri ilə görüşünün də, əslində, qarşılıqlı etimadın gücləndirilməsinə yönəldiyini diqqətə çatdıraraq, parlament diplomatiyasının məhz belə məqsədlərə xidmət etməli olduğunu vurğulayıb.

Söhbət zamanı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti