...

Bakıda keçiriləcək İnvestisiya Forumu regiondakı layihələrin maliyyələşdirilməsi üçün əsas platforma olacaq - IRENA (ÖZƏL)

İqtisadiyyat Materials 17 Aprel 2026 13:04 (UTC +04:00)
Bakıda keçiriləcək İnvestisiya Forumu regiondakı layihələrin maliyyələşdirilməsi üçün əsas platforma olacaq - IRENA (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya.Trend:

Bakıda keçiriləcək İnvestisiya Forumu regiondakı layihələrin maliyyələşdirilməsi üçün əsas platforma olacaq.

Bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyin (IRENA) baş direktoru Fransesko La Kamera Antalya Diplomatiya Forumu çərçivəsində Trend-in xüsusi müxbirinə açıqlamasında bildirib.

“Biz həmçinin iyun ayında "Bakı Enerji Həftəsi" çərçivəsində Bakıda İnvestisiya Forumunu təşkil edəcəyik”, – deyə o bildirib.

La Kameranın sözlərinə görə, bu tədbir regional səviyyədə əsas təşəbbüslərdən biri olacaq.

“Biz bir çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Lakin qarşıdakı ən vacib tədbir Mərkəzi Asiyanın daha geniş regionu üçün Bakıda keçiriləcək və regional əməkdaşlığın dəstəklənməsində mühüm rol oynayacaq İnvestisiya Forumudur”, – deyə o qeyd edib.

IRENA rəhbəri vurğulayıb ki, forumun əsas məqsədi maliyyələşmənin cəlb edilməsidir.

“İnvestisiya Forumunun əsas prioriteti layihələrin maliyyələşdirilməsi olacaq”, – La Kamera əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti