Antalya. Trend:
Ermənistan Avropa inteqrasiyası kursunu davam etdirəcək.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antaliya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə bildirib.
O, həmçinin vurğulayıb ki, Ermənistan ardıcıl şəkildə Avropa istiqamətini inkişaf etdirir.
“Ermənistanın Aİ ilə iki əsas əməkdaşlıq formatı var”, – deyə Kostanyan əlavə edib.
