...

ABŞ İran əməliyyatı səbəbindən Aİ ölkələrinə silah tədarükünü təxirə salıb

Dünya xəbərləri Materials 17 Aprel 2026 03:42 (UTC +04:00)

Bakı. Trend:

ABŞ rəsmiləri bəzi Avropa liderlərini İrandakı əməliyyat səbəbindən silah tədarükündə yaranan gecikmələr barədə məlumatlandırıblar.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, gecikmələr Baltikyanı ölkələr və Skandinaviya regionu da daxil olmaqla bir sıra Aİ dövlətlərinə təsir edəcək. Agentliyin məlumatında bildirilir ki, ABŞ rəsmiləri yazışmalarda İrandakı münaqişənin ölkənin hərbi arsenalına ciddi təsir göstərdiyini qeyd edərək, bu səbəbdən əvvəllər imzalanmış müqavilələr üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsində çətinliklər yarandığını vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti