...

Azərbaycan və Rusiya “Şimal–Cənub” dəhlizi üzrə əməkdaşlığı genişləndirir

Cəmiyyət Materials 16 Aprel 2026 16:09 (UTC +04:00)
Azərbaycan və Rusiya “Şimal–Cənub” dəhlizi üzrə əməkdaşlığı genişləndirir
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Zəngilan. Trend:

Azərbaycan və Rusiya arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq genişləndirilir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan–Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında çıxışı zamanı deyib.

Overçukun sözlərinə görə, Azərbaycan və Rusiya Avrasiya məkanında nəqliyyat bağlantılarının gücləndirilməsi istiqamətində strateji tərəfdaşlığı inkişaf etdirir. O, xüsusilə “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yeni beynəlxalq əlavə dəyər zəncirlərinin formalaşdığını qeyd edib.

Rusiya rəsmisi dəhlizin qərb marşrutunun inkişafına və əvvəlki razılaşmaların icrasına xüsusi diqqət yetirildiyini vurğulayıb. Onun sözlərinə görə, layihə regionda ticarət və logistika axınlarının daha səmərəli təşkilinə imkan yaradır.

Overçuk həmçinin ötən il Bakıda keçirilən üçtərəfli görüşü xatırladaraq, Azərbaycan və İran tərəfi ilə birlikdə Astara keçidindəki nəqliyyat-logistika infrastrukturuna baxış keçirildiyini bildirib. O qeyd edib ki, Azərbaycanın Astaradakı investisiyaları nəticəsində yaradılan logistika mərkəzindən artıq aktiv istifadə olunur.

Rusiya tərəfi bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti