Bakı.Trend:
Paytaxtın Yasamal rayonu, Vidadi küçəsində ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın söndürülüb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar
konstruksiyaları yanıb.
Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə
olunub.
xxx
15:52
Yasamal rayonu Vidadi küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Ətraflı məlumat veriləcək.
xxx
15:40
Bakının mərkəzində güclü yanğın başlayıb.
Trend xəbər verir ki, Yasamal rayonunda fərdi yaşayış evlərin birində yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
