...

Banqladeş yaxınlığında gəminin batması nəticəsində 250 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 14 Aprel 2026 21:32 (UTC +04:00)

Bakı. Trend:

Banqladeş sahillərində Andaman dənizində gəminin batması nəticəsində qadın və uşaqlar da daxil olmaqla ən azı 250 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "Dhaka Tribune" qəzeti xəbər verib.

Məlumata əsasən, gəmidə rohinca qaçqınları və Banqladeş vətəndaşları olub

Gəmi Banqladeşin cənubundakı Teknaf rayonundan yola düşüb və Malayziyaya gedirdi. İlkin məlumatlara görə, gəmi həddindən artıq yüklənmə, güclü külək və fırtına səbəbindən batıb.

Xəbər lenti

Xəbər lenti