...

Bakı və Abşeronda subasma riskini azaltmaq üçün kollektorlar tikilir (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2026 14:45 (UTC +04:00)
Bakı və Abşeronda subasma riskini azaltmaq üçün kollektorlar tikilir (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Pirşağı hövzəsi üzrə kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğu tikilir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Trend-ə verilən məlumata əsasən, ümumi uzunluğu 33 km olan kollektorun və yeni nasos stansiyasının inşası Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaradacaq.

Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə subasma hallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat gölləri və sahil boyu zonada ekoloji tarazlıq bərpa olunacaq.

Hazırda layihə üzrə 9,8 km təzyiqli tullantı su xəttinin və 3,9 km-lik koruge borunun tikintisi başa çatıb. Kollektorun inşası üzrə digər müxətlif diametrli boru və mikrotunellərin çəkilməsi istiqamətində işlər müntəzəm icra olunur.

Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi çərçivəsində inşa olunacaq 31 şaxtadan 6-ı tamamlanıb, qalan şaxtalarda və kanalizasiya nasos stansiyasında işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti