...

Türkiyədə məktəbə silahlı basqın - Çox sayda yaralı var (FOTO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 14 Aprel 2026 14:25 (UTC +04:00)
Türkiyədə məktəbə silahlı basqın - Çox sayda yaralı var (FOTO) (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şanlıurfanın Siverek liseyinə silahlı hücum edərək 16 nəfəri yaralayan daha sonra intihar edən 2007-ci il təvəllüdlü Ömər Ketin aktı törətməzdən əvvəl sosial şəbəkədə bununla bağlı xəbərdarlıq edib.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, məktəbin keçmiş şagirdi bunu liseyin rəsmi "Instagram” səhifəsində şərh olaraq yazıb.

“Hazır olun, bu məktəbə bir neçə gündən sonra hücum olacaq, hazır olun”,- deyə o bildirib.

Ömər Ketin məktəbdə kortəbii şəkildə açdığı atəş nəticəsində yaralananlardan 10-u şagird, 4-ü müəllim, 1-i polis və 1-i bufet işçisi olub.

xxx
12:48

Şanlıurfa vilayətinin Siverek rayonunda liseydə baş vermiş silahlı insident nəticəsində yaralananların sayı 16 nəfərə çatıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hücumu həyata keçirən şəxs sonradan intihar edib.

Şanlıurfa valisi Hasan Şıldak hücumçunun məktəbin keçmiş şagirdi olduğunu və 2007-ci il təvəllüdlü olduğunu təsdiqləyib.

İnsidentlə bağlı cinayət işi açılıb.

xxx
11:58

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda liseyə silahlı hücum olub.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Təhsil müəssisəsinə odlu silahla daxil olan şəxsin ətrafa kortəbii şəkildə atəş açması nəticəsində 7 nəfər yaralanıb.

Məlumata görə, hücumu həyata keçirən şəxs bəzi şagirdləri girov götürüb.

Məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis və xüsusi təyinatlı dəstələr göndərilib.

Təhlükəsizlik qüvvələri tərəfindən məktəbdə olan şagirdlərin böyük hissəsinin təxliyə edildiyi qeyd olunur.

Hazırda ərazidə hücumçunun zərərsizləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti