Bakı. Trend:
Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsi bazasında “XChat” adlı yeni messencerin istifadəyə verildiyini elan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yeni tətbiq aprelin 17-dən etibarən “App Store”da istifadəçilərin sərəncamına veriləcək.
Xidmətdə ikitərəfli şifrələmə olacaq və tətbiqin , reklam və izləmə mexanizmlərindən azad olacağı vəd edilir. Tətbiqdən istifadə üçün X hesabı tələb olunacaq. Maskın sözlərinə görə, təhlükəsizlik sistemi “Bitcoin” texnologiyalarından ilham alıb.
Mask eyni zamanda “WhatsApp” platformasını məlumatların toplanması və reklamların hədəflənməsinə görə tənqid edib və bildirib ki, “Xchat” mesajları skan etməyəcək və istifadəçiləri profilləşdirməyəcək.
Messencerdə çatlar, fayl ötürülməsi, audio və video zənglər əlçatan olacaq.
