...

Qadınların rəqəmsal və iqtisadi inkişafda rolu artır - Bahar Muradova

Cəmiyyət Materials 14 Aprel 2026 11:35 (UTC +04:00)
Qadınların rəqəmsal və iqtisadi inkişafda rolu artır - Bahar Muradova
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda, dayanıqlı kənd təsərrüfatında aktiv şəkildə iştirak edirlər.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində bu gün Bakıda keçirilən “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qadınlar həm rəqəmsal mühitdə, həm də ətraf mühit sahəsində fəaliyyət göstərirlər:

"Siyasətlərin effektivliyini gücləndirmək isə yalnız nəzəri yanaşmalarla deyil, eyni zamanda real təcrübələrlə ölçülməlidir.

Hər il dövlət komitəsi illik icraat hesabatını Milli Məclisə təqdim edir. Üç əsas sənəd mövcuddur və bunlara rəqəmsal inkişaf, gender bərabərliyi və rəqəmsal təhlükəsizlik məsələləri daxildir.

Eyni zamanda, paralel olaraq, qadınların beynəlxalq platformalara cəlb olunma inklüzivliyi artırır. AQEM Qadınlar Şurasının yaradılması və mandatının praktik müstəviyə keçirilməsi üzv dövlətlər arasında əhəmiyyət daşıyır. Xüsusi vurğulamaq istəyirəm ki, güclü təşəbbüslər və fəaliyyət planı vasitəsilə artıq uzun müddətdir toplanmış təcrübəni praktikaya çevirmək mümkündür".

Komitə sədri qeyd edib ki, bu konfransın keçirilməsinin məqsədi Gender bərabərliyinin davamlı gələcəyin sosial-iqtisadi inkişafında roluna diqqət çəkməkdir.

"Qadınların süni intellekt sahəsinə və rəqəmsal inkişafa cəlbi, onların bu proseslərdə birbaşa iştirakı əsas məsələlərdəndir. Bu, qadınların sosial dayanıqlılığını artırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti