...

Şirvanda əməliyyat: keçmiş məhkumdan 8 kilo narkotik aşkarlandı (VİDEO)

Hadisə Materials 14 Aprel 2026 09:15 (UTC +04:00)
Şirvanda əməliyyat: keçmiş məhkumdan 8 kilo narkotik aşkarlandı (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şirvanda keçmiş məhkumdan 8 kq narkotik vasitə aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Belə ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.

Ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti