...

Yaxın Şərqdəki proseslərin inflyasiyaya təsiri qeyri-müəyyəndir - Şahin Mahmudzadə

İqtisadiyyat Materials 14 Aprel 2026 16:07 (UTC +04:00)
Yaxın Şərqdəki proseslərin inflyasiyaya təsiri qeyri-müəyyəndir - Şahin Mahmudzadə
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdəki proseslərin inflyasiyaya təsiri qeyri-müəyyəndir.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bu gün “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən proseslərin Azərbaycana təsirini inflyasiya kontekstində qiymətləndirərkən bir neçə amil nəzərə alınmalıdır. Neft qiymətlərinin artması ölkənin ixrac gəlirlərinin və valyuta ehtiyatlarının yüksəlməsinə, eyni zamanda tədiyə balansının möhkəmlənməsinə səbəb olur.

"Digər tərəfdən, neftin bahalaşması bir sıra tərəfdaş ölkələrdə inflyasiyanın artmasına gətirib çıxarır ki, bu da Azərbaycana idxal inflyasiyası şəklində təsir göstərə bilər. Ölkənin əsas tərəfdaşlarının əksəriyyəti neft idxal edən dövlətlərdir və bu vəziyyət həmin ölkələrin valyutalarının ucuzlaşması ilə nəticələnir. Beləliklə, bir tərəfdən məzənnə zəifləyir, digər tərəfdən isə inflyasiya artır", - o bildirib.

Ş. Mahmudzadə vurğulayıb ki, mövcud şəraitdə Yaxın Şərqdəki proseslərin yekun təsirlərini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Mərkəzi Bank inflyasiya ilə bağlı yenilənmiş proqnozlarını may ayının əvvəlində açıqlayacaq.

Ş. Mahmudzadə əlavə edib ki, hazırkı mərhələdə maliyyə sektoruna ciddi təhdid gözlənilmir. Bununla belə, baş verən proseslər diqqətlə izlənilir və zərurət yaranarsa, müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti