Bakı. Trend:
Mənzil bazarında qiymətlərin artım tempində sabitləşmə müşahidə olunur.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ildə mənzil bazarında qiymət artımı 12.2% olub. Qeyd edilib ki, ilkin bazar üzrə 12.7%, təkrar bazar üzrə isə 12.2% artım müşahidə edilib. Vurğulanıb ki, son ildə ilkin bazar üzrə artım tempi sabit olsa da, təkrar bazar üzrə artım tempində azalma nəzərə çarpıb.
“2025-ci ildə mənzil qiymətlərinin artımı əhalinin sərəncamda qalan gəlirlərinin artım tempini üstələsə də, onlar arasındakı fərq il ərzində tədricən azalmışdır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin sonu ilə müqayisədə mənzil qiymətləri 12.2%, sərəncamda qalan gəlirlər isə 7.6% artıb. Bununla belə, əsasən mənzil qiymətlərinin artım tempinin azalması fonunda iki göstərici arasındakı fərq il ərzində tədricən azalıb”, - məlumatda qeyd edilib.
