Bakı. Trend:
2025-ci il ərzində Azərbaycanın bank sektoru üzrə 223 milyon manat məbləğində silinmə baş verib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
“Silinmələr əsasən istehlak portfeli üzrə olub. Belə ki, dövr ərzində silinmələrin 60.9%-i (135.8 milyon manat) istehlak portfeli üzrə, 37.8%-i (84.2 milyon manat) isə biznes portfeli üzrə olub”, - məlumatda vurğulanıb.
Qeyd edilib ki, 2025-ci il ərzində bank sektorunda qeyri-işlək portfelin həcmi 16.4% (107 milyon manat) artaraq 763 milyon manat təşkil edib. Qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 milyon manat artım, biznes kreditlərində 54 milyon manat artım, ipoteka kreditlərində isə 5 milyon manat azalma baş verib. Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payı yarımil ərzində 0.1 faiz bəndi artaraq 2.5% təşkil edib.
