Bakı. Trend:
Macarıstanın Bakıdakı Səfirliyində Macarıstan Parlament seçkiləri çərçivəsində səsvermə uğurla keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Bakıda qeydiyyata alınmış 55 seçicidən 54-ü səsvermədə iştirak edib.
"Göstərdikləri dəstəyə görə Azərbaycan hakimiyyətinə təşəkkürümüzü bildiririk", - deyə səfirlikdən bildiriblər.
Qeyd edək ki, bu gün Macarıstanda parlament seçkiləri keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 06:00-dan saat 19:00-dək açıq olub.
