...

Tərtərdə qətldə şübhəli bilinən şəxsin kimliyi məlum olub (YENİLƏNİB)

Hadisə Materials 12 Aprel 2026 00:30 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Tərtərdə 27 yaşlı gəncin qətlində şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən şəxs 1995-ci il təvəllüdlü Nağıyev Səfixan Fikrət oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

xxx

23:57

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in yerli müxbirinin məlumatına görə, hadisə şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb. İlkin məlumata əsasən, əslən Ağdam rayonundan olan 1999-cu il təvəllüdlü Aslanov Nabil Saleh oğlu kafedə yeyib-içdikdən sonra naməlum şəraitdə bıçaqlanıb.

Müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alan yaralı Bərdə Diaqnostika Mərkəzinə aparılarkən yolda həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti