Bakı. Trend:
İran və ABŞ bəzi məsələlərdə razılığa gəldilər.
Trend-in məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai deyib.
O bildirib ki, lakin iki və ya üç vacib mövzuda fikir ayrılığı yaranıb.
"Bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edildi, lakin 2-3 vacib məsələdə fikir ayrılığı yaranıb və nəticədə danışıqlarda razılıq əldə olunmayıb", - deyə o bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, danışıqlarda Hörmüz boğazı kimi bəzi yeni mövzular əlavə edilib və onların hər birinin özünəməxsus mürəkkəbliyi var.
