Bakı.Trend:
Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri başa çatdırılıb.
Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Bildirilib ki, istismara verildiyi 1950-ci illərdən bəri ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək.
