Bakı. Trend:
Qazaxıstanın mərkəzi depozitarı ilə əməkdaşlıq çərçivəsində əsas institusional və hüquqi mərhələlər artıq tamamlanıb.
Bunu Trend-ə özəl müsahibəsində Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə deyib.
O bildirib ki, hər iki depozitar arasında qarşılıqlı hesabların açılması təmin edilib.
“Bu da qiymətli kağızların ötürülməsi və saxlanılması üçün texniki imkanlar yaradır. Hazırda bəzi əməliyyatlar manual qaydada həyata keçirilə bilir. Paralel olaraq depozitarlar arasında birbaşa kommunikasiya və inteqrasiyanın təmin olunması istiqamətində texniki işlər davam etdirilir. Məqsəd qiymətli kağızlar üzrə əməliyyatların tam avtomatlaşdırılması və onların beynəlxalq standartlara uyğun olaraq "SWIFT" platforması üzərindən icra edilməsidir. Hədəf cari ilin sonuna qədər bu texniki işləri yekunlaşdırmaq və əməliyyatları manual mərhələdən tam avtomatlaşdırılmış mərhələyə keçirməkdir”, - deyə sədr vurğulayıb.
