...

Macarıstanda parlament seçkiləri ilə bağlı seçki məntəqələri açılıb

Dünya xəbərləri Materials 12 Aprel 2026 08:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın yeni hökumətini formalaşdıracaq Milli Assambleyaya (birpalatalı parlament) seçkilərdə səsvermə başlayıb.

Trend-in məlumatına görə, bu gün yerli vaxtla saat 06:00-da başlayıb. Seçki məntəqələri saat 19:00-dək açıq olacaq.

Seçkilərdə 199 parlament yeri uğrunda mübarizə aparılır ki, bunlardan 93-ü partiya siyahıları, 106-sı isə təkmandatlı seçki dairələri üzrə bölüşdürülüb. "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası və onun kiçik tərəfdaşı Xristian Demokratik Xalq Partiyasının (XDXP) hakim koalisiyası müxalifətdəki "Tisa" partiyası ilə mübarizə aparır.

"FİDES"ə Macarıstanın Baş naziri Viktor Orban, "Tisu"ya isə keçmiş hökumət rəsmisi və Brüssel tərəfindən dəstəklənən Avropa Parlamentinin üzvü Peter Magyar rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti