Bakı. Trend:
Böyük Britaniya və Fransa digər ölkələrlə birlikdə Hörmüz boğazında gəmiçiliyin bərpası istiqamətində fəaliyyət göstərəcəklər.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Baş nazirinin ofisi məlumat yayıb.
Məlumata görə, Baş nazir Kir Starmerin Fransa Prezidenti Emmanuel Makronla apardığı telefon danışığı zamanı tərəflər Hörmüz boğazının qlobal ticarət və enerji təchizatı üçün strateji əhəmiyyətini, həmçinin naviqasiya azadlığının qorunması məqsədilə geniş tərəfdaşlar koalisiyası ilə işləməyin vacibliyini vurğulayıblar.