...

AFFA bu səbəbdən oyunları təxirə salıb

İdman Materials 11 Aprel 2026 13:53 (UTC +04:00)
AFFA bu səbəbdən oyunları təxirə salıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb.

Trend xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır.

Ona görə də 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti