...

İran və ABŞ bu axşam növbəti danışıqlar raundu keçirəcək

Dünya xəbərləri Materials 11 Aprel 2026 22:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ nümayəndə heyətləri bu gün İslamabadda danışıqların iki raundunu aparıblar.

Trend-in məlumatına görə, bu barədə İranın Dövlət Televiziya və Radio Şirkəti xəbər verib.

Məlumata əsasən, üçüncüsü isə axşam daha gec vaxta planlaşdırılıb..

Qeyd edək ki, bu gün İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında müzakirələr başlanıb. Müzakirələrdə İran heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ heyətinə vitse-prezidenti Ceyms Devid Vens başçılıq edir.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davam edib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflər arasında iki həftəlik atəşkəs elan olunub.

Xəbər lenti

Xəbər lenti