...

"Mançester Siti" Markus Bettinelli ilə bağlı qərar verib

İdman Materials 11 Aprel 2026 04:18 (UTC +04:00)
"Mançester Siti" Markus Bettinelli ilə bağlı qərar verib

Bakı. Trend:

"Mançester Siti" mövsümün sonunda müqaviləsi başa çatan Markus Bettinelli ilə bağlı qərar verib.

Trend xəbər verir ki, Premyer Liqa nəhəngi ingiltərəli qolkiperin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı "əlcək sahibi" ilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, "Mançester Siti" Markus Bettinellini mövsümün əvvəlində "Çelsi"dən 2,4 milyon avroya transfer edib. İngiltərə millisinin sabiq üzvü "şəhərlilər"in heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

Xəbər lenti

Xəbər lenti