Bakı. Trend:
İspaniya çempionatının 31-ci turunda "Barselona" futbol klubu evdə "Espanyol"u 4:1 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, "Barselona"nın heyətində Ferran Torres iki qol (10-cu və 25-ci dəqiqələr), Lamin Yamal (87) və Markus Reşford (89) hərəsinə bir qol vurublar. "Espanyol"dan Pol Losano (56) fərqlənib.
"Barselona" ardıcıl yeddinci La Liqa qələbəsini qazanıb və 79 xalla turnir cədvəlinə başçılıq edir. Onların ikinci yerdəki "Real Madrid"dən fərqi doqquz xala çatıb.