...

Saatlıda narkotik və spirtli içkinin təsiri altında avtomobil idarə edən 10 sürücü saxlanıldı (FOTO)

Hadisə Materials 11 Aprel 2026 09:20 (UTC +04:00)
Saatlıda narkotik və spirtli içkinin təsiri altında avtomobil idarə edən 10 sürücü saxlanıldı (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Saatlıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanılıb.

Trend-in məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər - İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə saxlanılıblar. Müayinə zamanı onların narkotik vasitə olan marixuana istifadə edərək nəqliyyat vasitəsi idarə etdikləri məlum olub. Sürücülər barəsində inzibati protokol tərtib edilib.

Bundan əlavə, Saatlı rayonunda polisi əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı avtomobili spirtli içkinin təsiri altında idarə edən daha 7 sürücü də müəyyən edilərək inzibati məsuliyyətə cəlb ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti