...

Bu gün paytaxtda 550 küçə yuyulub (FOTO)

İqtisadiyyat Materials 11 Aprel 2026 18:41 (UTC +04:00)
Bu gün paytaxtda 550 küçə yuyulub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməcilikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 550 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər bir qədər əvvəl qeydə alınan şiddətli yağışların fəsadlarının tam şəkildə qaldırılmasına və Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz töhfəsini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti