...

Paytaxtın Xətai rayonunda sürüşmə baş verib

Cəmiyyət Materials 11 Aprel 2026 14:53 (UTC +04:00)
Paytaxtın Xətai rayonunda sürüşmə baş verib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər Abşeron yarımadasında müdahidə olunan intensiv atmosfer çöküntülərinin düşməsi nəticəsində Bakının Gəncə prospekti, 29/35 ünvanında sərt yamacda səthi yuyulma prosesləri nəticəsində sürüşmə hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, proses lokal xarakterli olub,tikinti mərhələsində yamacın səthi kəsilmiş hissəsində nisbətən yumşaq süxurların yağış suları hesabına yuyulması və islanması nəticəsində baş verib:

"Bu gün səhər saatlarında 3-4 kub həcmində süxur kütləsinin islanaraq yamac boyu uçması hesabına sürüşmə hadisəsi qeydə alınıb. Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən ərazidə araşdırmalar aparılır, eyni zamanda əhali məlumatlandırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti