Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs qüvvəyə minsə belə, bölgədəki müharibənin dünya iqtisadiyyatına zəncirvari təsirlərinin qaçılmaz olacağı bildirilir.
Trend xəbər verir ki, bu fikirləri Dünya Bankının prezidenti Acay Banqa "Reuters" agentliyinə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, baza ssenarisində müharibə tezliklə başa çatsa, qlobal iqtisadi artım 0,3–0,4 faiz bəndi azala bilər. Münaqişə uzanarsa, bu azalma 1 faiz bəndinə qədər çata bilər.
Banqa əlavə edib ki, inflyasiya 200–300 baza bəndi arta bilər, müharibə davam edəcəyi halda isə bu göstərici daha da yüksələrək təxminən 0,9 faiz bəndinə qədər arta bilər.